“Boavişta”nın baş məşqçisi Eminin qolundan danışdı

“Boavişta”nın baş məşqçisi Eminin qolundan danışdı
10:07 23 Dekabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya Premyer Liqasının XV turunda səfərdə “Nasional”la qarşılaşan “damalılar” 2:0 hesablı qələbəyə sevinib. Görüşdəki ilk qolu isə milli komandamızın üzvü Emin Mahmudov vurub.

 

Matç başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran “Boavişta”nın baş məşqçisi Migel Leal oyun və komandanın gələcək hədəfləri haqqında fikirlərini bölüşüb: 


“Ədalətli nəticə oldu və biz layiqli qələbə qazandıq. Matça yaxşı hazırlaşmışdıq. Planlaşdırdığımız kimi rəqibi ilk dəqiqələrdən təzyiq altında saxladıq və vurduğumuz erkən qol bizdə qələbəyə inam yaratdı. Mümkün olduğu qədər irəliləmək istəyirik. Əsas məqsədimiz Premyer Liqadakı yerimizi möhkəmlətmək və Avrokuboklara vəsiqə verən pillələrdə yer almaqdır. Ancaq bunlar birdən-birə olmaz. Əzmlə, çalışmaqla və mübarizə aparmaqla qazanacağıq”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-boavitann-ba-mqcisi-eminin-qolundan-dand-t55105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR