Murad Arif 1 yaşlı qızına ad günü etdi - fotolar

Murad Arif 1 yaşlı qızına ad günü etdi -  fotolar
10:26 23 Dekabr 2016
158 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arifin qızı Aylanın 1 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, ifaçı övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib. Məclisə M.Arifin dostları, sənətçilər qatılıb.

M.Arif qızı ilə bağlı təəssüratlarını sosial şəbəkədə yazıb. O bunları qeyd edib:

“Bakıdan, atadan uzaqda doğulmağının obyektiv səbəbləri olsa da, inanıram ki, Stokholmda dünyaya gəlməyin xoş oldu. O şəhər bizə doğmadır axı... Adınla bağlı variantları tez-tez düşünür, dəyişirdik. Ən əsası odur ki, əsl türk qızına yaraşan bu Ayla adını indi dünyalar qədər istəyirəm. Mələk balam mənim, sən dünyaya gələn axşam ata toya hazırlaşırdı. Elə ilk şəklini də sükan arxasında olanda aldım.
 
Həmin an maşında Andrea Bocelli "La vie en rose" mahnısı səslənirdi. Düşündüm ki, qoy bu da sənin mahnın olsun.

2015-cı il 22 dekabr həm də Peyğəmbərimizin Mövlud günü kimi hesab olunur. Mövlud gününün simvolu da qızılgüldür. Bunları bilmədən, mən də günortadan Stokholma, ananın palatasına qırmızı qızılgüllər sifariş etmişdim.

Bir sözlə sənin doğum günün qızılgüllərlə, toy-bayramla yadımda qaldı. Allah həyatını güllü, toylu, bayramlı etsin. 1 yaşın mübarək, mənim dəniz gözlüm. Ata səni çox sevir".




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR