Vaşinqton Putinə Amerikanın gücünü xatırlatdı

Vaşinqton Putinə Amerikanın gücünü xatırlatdı
10:33 23 Dekabr 2016
168 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya prezidenti Vladimir Putinin ötən gün Rusiyanın gücü barədə deyilən fikirləri ilə razılaşmayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kirbi ABŞ-ın hərbi üstünlüyünün müzakirə və mübahisə mövzusu olmadığını deyib.

“Mən hesab edirəm ki, peşəkarlıq, bacarıq və imkanlar Birləşmiş Ştatların silahlı qüvvələrinə məxsusdur. Düşünmürəm ki, bəşəriyyət tarixində nə vaxtsa belə döyüş bacarığı və yaxşı təchizatı olan silahlı qüvvələr olsun. Amerika kişiləri və qadınları ilə tamamilə fəxr etmək hüququna malikdir ki, bütün dünyada onun maraqlarını müdafiə edirlər”, - deyə Kirbi bildirib.

Dövlət Departamentinin rəsmisi qeyd edib ki, Müdafiə Nazirliyindəki (Pentaqon) həmkarlarının da eyni fikirdə olduğuna əmindir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində kollegiya iclası keçirib. Kreml lideri bildirib ki, Moskva hazırda istənilən potensial təcavüzkardan daha güclüdür. Putin təsdiqləyib ki, nüvə gücləri strateji paritetin saxlanılmasında əsas rol oynayır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR