x
Loading...
.

"İnter"in yeni prezidenti Klublar Komitəsinin iclasına qatılmayıb

"İnter"in yeni prezidenti Klublar Komitəsinin iclasına qatılmayıb
10:47 23 Dekabr 2016
119 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün "Boulevard Hotel"də AFFA Klublar Komitəsinin (KK) 2016-cı ildə son iclası işə başlayıb.
"Report"un məlumatına görə, toplantıda "İnter"in yeni prezidenti Azər Əliyev iştirak etməyib.
Əvəzində klubdan bu hüquq mətbuat katibi Səbuhi Məmmədova verilib. S.Məmmədov A.Əliyevin işlərinin çoxluğu ilə əlaqədar tədbirə qatıla bilmədiyini söyləyib.
Digər klublara gəldikdə, AZAL-ı vitse-prezident və KK sədri Fikrət Hüseynov, "Sumqayıt"ı klub prezidenti Kamran Quliyev, "Kəpəz"i Müşahidə Şurasının üzvü Mikayıl Quliyev, "Zirə"ni icraçı direktor Natiq İsmayılov, "Qəbələ"ni vitse-prezident Fariz Nəcəfov təmsil edir. "Neftçi" və "Qarabağ" rəsmiləri hələlik iclasa gəlməyib.
Toplantının gündəliyinə cəmi bir məsələ salınıb. Bu, KK-ya yeni prezident seçkisidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nter-in-yeni-prezidenti-klublar-komitesinin-iclasina-qatilmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR