ABŞ Dövlət Departamenti Putinə cavab verdi

ABŞ Dövlət Departamenti Putinə cavab verdi
10:49 23 Dekabr 2016
184 Digər
Ölkə mətbuatı
A- A+

 

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin ölkəsinin istənilən potensial təcavüzkardan güclü olduğu barədə fikirləri ilə razı deyil.

 

APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentin sözçüsü Con Kirbi bildirib.

 

“Fikrimcə, ABŞ Silahlı Qüvvələrinin peşəkarlığı, bacarığı və qabiliyyəti sübhə altına alına bilməz. Ölkəmizin hərbi mundir geyinmiş, bütün dünyada onun maraqlarını qoruyan qadın və kişilərlə fəxr etməyə tam haqqı var”, - deyə o qeyd edib.

 

Dövlət  Departamentinin sözçüsü hesab edir ki, bəşəriyyət tarixində ABŞ ordusu kimi döyüşkən, ağıllı, güclü, səriştəli rəhbərliyə və yaxşı təchizata malik hərbi qüvvə olmayıb.

 

Qeyd edək ki, ötən gün Rusiya prezidenti V. Putin Müdafiə Nazirliyinin kollegiya  iclasında çıxışı zamanı Rusiyanın istənilən potensial təcavüzkardan daha güclü olduğunu bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR