Müəllim, valideyn və şagirdlər birləşirlər - FOTO

Müəllim, valideyn və şagirdlər birləşirlər - FOTO
11:05 23 Dekabr 2016
269 Ölkə
Ölkə mətbuatı
A- A+

Daha 70 məktəbdə "Məktəb icmaları" yaradılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, "Məktəb icmaları" layihəsinə yeni qoşulmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Bakı şəhərindəki 147 nömrəli Texniki-Humanitar Liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, "Məktəb icmaları" layihəsinin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.

Tədbirdə "Məktəb icmaları" layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması - məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik" devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Görüşdə artıq "Məktəb icmaları" yaranmış məktəblərin təcrübələrindən və icma qurum layihəsinin fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bundan başqa, layihəyə yeni qoşulan məktəblərdə təşkilatçılar tərəfindən müəllim, valideyn və şagirdlərin ilk birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğu da bildirilib.

Zərif Nisə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR