FHN-dən əhaliyə yanğın XƏBƏRDARLIĞI - VİDEO

FHN-dən əhaliyə yanğın XƏBƏRDARLIĞI  - VİDEO
11:24 23 Dekabr 2016
169 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır və odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

 

-evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

-işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

-ağac tezalışan oyuncaqla bəzədilməməli;

-qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

 

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

 

-şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

-şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

-pəncərədə dəmir barmaqlıq olmamalı;

-məkanın iki çıxışı olmalı;

-ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

-otağın qapıları mütləq bayıra açılmalı;

-məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

-şənlikdə işıq tam söndürülməməli;

-şənliyə tezalışan materialdan paltar geyinilməməli;

-məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR