x
Loading...

Britaniya məhbusları üsyan qaldırdılar

Britaniya məhbusları üsyan qaldırdılar
11:42 23 Dekabr 2016
128 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Şeşi adasındakı "Swaleside" həbsxanasında baş verib. "Sky News"ün məlumata görə, hazırda iğtişaşlar davam edir. İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.

Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus da üsyan qaldırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR