ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi

ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi
11:43 23 Dekabr 2016
333 Dünya
Ölkə mətbuatı
A- A+

Gələn ay Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqlar başlayacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin köməkçisi Gennadi Qatilov bildirib.

Danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edəcək.

Qeyd edək ki, Qazaxıstanın prezidenti Nazarbayev Suriya üzrə danışıqların Astanada keçirilməsini təklif edib. Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə də Suriya üzrə görüşün Astanada keçirilməsinin mümkünlüyünü müzakirə edib.

Astanada keçiriləcək yeni danışıqlar prosesi Cenevrə danışıqlarını tamamlaya bilər. Danışıqların Suriyada davam etdirilməsi ABŞ başqa olmaqla Qərbin prosesdən kənarlaşdırılması istiqamətində ikinci addım hesab oluna bilər. İlk addım isə İran, Türkiyə və Rusiya arasında dekabrın 20-də Moskvada keçirilən üçtərəfli danışıqlar idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR