Bakı Dövlət Sirkinin qış proqramı bu gün başlayır

Bakı Dövlət Sirkinin qış proqramı bu gün başlayır
11:52 23 Dekabr 2016
1053 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin qış proqramı başlayır.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov “Report”a açıqlamasında bildirib ki, bu gündən, yəni dekabrın 23-dən start verilən "Hindistan fili və dostları” adlı proqram yanvarın 10-dək davam edəcək: “Bakı Dövlət Sirki bayram günləri fasiləsiz işləyəcək”.
Onun sözlərinə görə, bu dəfə Bakı Dövlət Sirkində yığma proqram hazırlanıb: “Bakı Dövlət sirkinin tarixində ilk dəfə olaraq Macarıstandan sirk artistləri dəvət olunub, onlar əhliləşdirilmiş fillər və atlarla olan nömrələrlə çıxış edəcəklər”.
M.Hümbətovun sözlərinə görə, sirkin qış proqramında həmişə olduğu kimi Rusiya Dövlət Sirkinin əməkdaşları da dəvət olunub: “Qış proqramımızda Rusiyanın əməkdar artistləri Ruslan və Qalina Qubkayevlər, Rauf Rəsulovun rəhbərliyi ilə akrobat qrupu iştirak edəcək”.
Sözçü qeyd edib ki, bu dəfəki proqramda kloun çıxışları ilə bir yerdə 17 nömrə olacaq: “Proqram iki saatdan artıq davam edəcək. Proqram gün ərzində 3 seans olmaqla, saat 12:00, 15:00 və 19:00-da nümayiş olunacaq.”.
O həmçinin qeyd edib ki, yeni proqramda iştirak edən sirk ustalarından 3-ü azərbaycanlıdır.
M.Hümbətov bildirib ki, proqramda bayramın rəmzi olan Şaxta baba və Qar qız da iştirak edəcək: “Hindistan filinin maraqlı nömrələri, kenquru ilə boks oyunu, dəvəquşu və meymunun fərqli hərəkətləri, atların rəqsləri, hava gimnastları, lazer şou və s. nəzərdə tutulub”.
Qeyd edək ki, qış proqramı üçün biletlərin qiymətləri sırasına görə 10, 12, 15 manat arasında dəyişir.
“Report” Bakı Dövlət Sirkinin qış proqramına hazırlıq məşqindən fotoreprtajı təqdim edir.
Foto: Firi Salim















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/baki-dovlet-sirkinin-qis-proqrami-bu-gun-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR