Bütün infeksiyaları öldürən güclü və təbii antibiotik

Bütün infeksiyaları öldürən güclü və təbii antibiotik
11:53 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Sidik yolları infeksiyasından əziyyət çəkən insanlar daimi ağrıdan şikayət edirlər. Təzyiq, sidiyə çıxan zaman ağrı, o cümlədən sidikdə qan olması iltihabın əlamətlərinin bəziləridir.

Əgər siz dərman istifadə etmək istəmirsinizsə, onda təbii vasitələri məsləhət görürük. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, sidik kisəsinin iltihabı ilə mübarizədə müxtəlif təbii antibiotiklər müsbət effekt verir. Limonlu təbii antibiotik arzuolunmaz xəstəliyin müalicəsində güclü təsir göstərir.

Təbii antibiotikin resepti:

Tərkibi:

Cəfəri - 250 qram

Limon - 250 qram

Bal - 250 qram

Zeytun yağı - 200 mq

Hazırlanması:

Birinci cəfərini blenderdən keçirin. Sonra limon qabığı, zeytun yağı və bal əlavə edin. Bütün ərzaqlar məcun halını alana qədər yaxşı qarışdırın. Qarışığı soyuducuya qoyun.

İstifadəsi:

Hər səhər bu qarışıqdan bir xörək qaşığı qəbul edin.

Qeyd:

Bal və limonun tərkibində heç bir dərman vasitələri və pestisidlərin olmadığından əmin olmalısınız. Hətta limonu supermarketdən alsanız belə, onda olan bütün toksin və pestisidləri yox etməyin üsulu var. Bunun üçün limonu sadəcə bir neçə dəqiqə karbonatlı suda saxlamaq lazımdır.

Xüsusi olaraq onu da vurğulayaq ki, sidik yolu infeksiyalarından əziyyət çəkən insanlar şokolad istehlakı və ya kofeindən uzaq olmalıdır. Çünki onlar bakteriyaların yaranmasını stimullaşdıra bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/180997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR