DGK sədri Siyəzəndə vətəndaşları qəbul edəcək

DGK sədri Siyəzəndə vətəndaşları qəbul edəcək
12:03 23 Dekabr 2016
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 90) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər. Lakin, hazırda gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmadığı üçün növbəti test imtahanlarının nə zaman keçiriləcəyi məlum deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/181005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR