"Qəbələ"nin "Qalatasaray"lıya elçi düşməsi xəbəri TÜRKİYƏ MEDİASINDA - FOTO

"Qəbələ"nin "Qalatasaray"lıya elçi düşməsi xəbəri TÜRKİYƏ MEDİASINDA - FOTO
12:05 23 Dekabr 2016
182 İdman
Ölkə mətbuatı
A- A+

Artıq iki gündür "Qəbələ"nin son oyunlarında "Qalatasaray"ın heyətində möhtəşəm çıxışı ilə diqqət çəkən Yasin Öztekinə elçi düşdüyü haqda məlumatlar yerli xəbər portalları və sosial şəbəkələrdə durmadan yayılmaqdadır.

Milli.Az xəbər verir ki, "Qəbələ"nin sözügedən transfer hədəfinə Türkiyə mediası da etinasız qalmayıb. Qardaş ölkənin aparıcı xəbər portalları da "Qəbələ"nin Yasin üçün 3.5 milyon avrosundan keçməyə hazır olduğunu qeyd ediblər.

Bu barədə məşhur azərbaycanlı menecer Günel Rusmanın məlumat yaydığını qeyd edən Türkiyə mediası "sarı-qırmızılar"ın "Qəbələ"nin transfer təklifini isti qarşılayacağını da vurğulayıb.

Qeyd edək ki, Yasin Öztekin "Qalatasaray"la yanaşı, Türkiyə millisinin də üzvüdür.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR