Sabancı ailəsi Hadisəni istəmir - FOTO

Sabancı ailəsi Hadisəni istəmir - FOTO
12:22 23 Dekabr 2016
216 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur iş adamı Hakan Sabancının anası Arzu Sabancı oğlu ilə eşq yaşadığı Hadisəni qəbul etmək niyyətində deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, böyük oğlunun model Özge Ulusoyla sevgili olmağına qarşı çıxan A. Sabancının budəfəki hədəfi Hadisə olub.

O, 25 yaşlı oğlundan 7 yaş böyük olan müğənnini instaqramda təqib etmək istəməyib, "unfollow" edib.

Onun bu addımı Türkiyə mətbuatı tərəfindən birmənalı qarşılanmayıb.

Takvim qəzeti yazır ki, Sabancı ailəsi şou-biznesdən olan gəlin namizədi istəmir. Biznes-ledi Arzu Sabancının isə münasibətə veto qoymaqdan başqa çarəsi yoxdur.

Qəzetin xəbərinə görə, iş adamının anası ilə müğənni bir neçə dəfə görüşüb və onların münasibətləri normal olub.

Lakin mətbuatda yayılan xəbərlər iş xanımını narahat edib, o,  etirazını sənətçini instaqramdan çıxarmaqda görüb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR