x
Loading...
.

Cavanşir türkə ərə gedən qızı ilə bağlı suallara əsəbiləşdi

Cavanşir türkə ərə gedən qızı ilə bağlı suallara əsəbiləşdi
12:26 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Əməkdar artist Cavanşir Məmmədov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni türkiyəli aktyor Arif Səlcukla ailə quran qızı Xatirə ilə bağlı suallara əsəbiləşib.

O bildirib ki, heç vaxt bu məsələ ilə bağlı danışmayacaq:

“Allah bütün balaları xoşbəxt etsin. Mən müğənniyəm, övladlarım bu sahədə deyilsə, onlarla bağlı xəbərin heç kimə aidiyyatı yoxdur. Verilişə müğənni kimi dəvət edilmişəm, məndən danışılsın. Qızım ailə qurdu, oğlum harada işləyir heç kimə aidiyyatı yoxdur. Sosial şəbəkələrdə xəbərlər yayıldı, hamısı da Türkiyə mətbuatından götürdülər. Təyyarə partlayıb? Nə olub? Qızım ailə qurub, normal haldır.  Heç bir ailədə övlad atasından, anasından gizlin ailə qurmaz. Mənim mətbəximə heç kim girə bilməz. Öz qayda-qanunlarım var”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR