x
Loading...
.

Bakıda "Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib

Bakıda "Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib
12:27 23 Dekabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 23 dekabr. REPORT.AZ/ Dini Qurumalarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, dini konfessiyaların rəhbərləri, gənclər iştirak ediblər.
G.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət-din sahəsində də həyata keçirdiyi siyasət ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır: “İslam bizim üçün təkcə din deyil, mədəniyyət, milli-mənəvi dəyər, mənəviyyat deməkdir. Azərbaycanda din dedikdə təkcə islam deyil, digər dinlər də nəzərdə tutulur. Ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, dövlətin himayəsi altında inkişaf etdirilməsinə 1993-cü ildən başlanılıb”.
Onun sözlərinə görə, Azərbaycanda bütün tarixi sinaqoqlar bərpa olunub: “Bakının mərkəzində dövlət başçısının sərəncamı ilə yeni bir sinaqoq inşa edilib. Milli-mənəvi dəyərlərin qorunması həm də dövlətçiliyin əsasını təşkil edir".
Samir Orucov ölkədə tolerantlığın, multikulturalizmin qorunması, bu sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi bəhrələrdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurulla deyib ki, Şərqdə, islam aləmində baş verən hadisələrin kökünü araşdıranda mənbə dünyada demokratiyanın qurucusu kimi özünü təqdim edənlərə gedib çıxır: “Dünyada qan tökənlər heç vaxt qələbə qazanmayıblar və qazanmayacaqlar da. Özünü demokratiya qurucusu kimi təqdim edənlər çoxsaylı terror təşkilatları yaradır, silah istehsal edir və günahsız insanların məhvinə səbəb olurlar. Azərbaycan torpaqları da bu gün işğal altındadır. Qan tökənlər heç vaxt uğur qazanmayıblar. Həmin qüvvələr dünyada haqq sahibləri tərəfindən hər zaman lənətləniblər. Biz ölkəmizdə qardaşlığı qorumaqla Vətənimizin birliyini qorumuş oluruq. Bir yerdə insanlığa dəyər varsa, orada bol ruzi, rahat həyat var. Azərbaycandan çox da uzaqda olmayan ölkələrdə baş verənləri görəndə hər səhər dövlətimizin gücünü artırması, onu qoruması üçün Allaha dua etməliyik".

Xəbərin orijinal ünvanı: https://report.az/din/bakida-prezident-i-lham-eliyevin-siyaseti-milli-menevi-deyerlerimizin-qorunmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR