Yeni fəaliyyətə başlayan dükana basqın oldu

Yeni fəaliyyətə başlayan dükana basqın oldu
13:41 6 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda ərzaq dükanına basqın olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, basqın rayonda yenicə fəaliyyətə başlayan dükanda edilib.

Hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində Niyaz Məmmədağa oğlu Bayramova məxsus ərzaq dükanında baş verib. Qapının şüşəsin sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər dükanın kassasından nəğd pulları aparıblar. Bundan başqa, mağazadan siqaret və müxtəlif növ ərzaq məhsulları aparıblar.

Dükanın sahibinin müraciətindən sonra polis hadisə yerinə baxış keçirib.

Cəlilabad rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, faktla bağlı hələlik şübhəli şəxs qismində saxlanan olmayıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR