Manana gecə həyatından danışdı: "Siqaret və içki..."

Manana gecə həyatından danışdı:  "Siqaret və içki..."
12:51 23 Dekabr 2016
381 Şou
Ölkə mətbuatı
A- A+

“Gürcüstanda məni, “Azərbaycanı təmsil edən bizim qızımız” deyə təqdim edirlər. Mən bu təqdimatla fəxr edirəm. Mənim illər öncə iki pasportum vardı. Qanun ikili vətəndaşlığa icazə verirdi. Ancaq tək vətəndaşlığa keçən zaman dedilər ki, birini seç. Düşünmədən Azərbaycan vətəndaşlığını seçdim. Çünki mən burda yaşayıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Manana Caparidze "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişində deyib. 

Müğənni bildirib ki, Azərbaycan dilində danışmaq onun üçün çətindir:

"Məni başa düşmürlər. Ancaq çalışıram hamı görsün ki, mən Azərbaycana minnətdaram. Bu torpaq mənim üçün müqəddəsdir. Valideynlərimin qərarı ilə burda qaldım. Artıq 18 ildir ki, Azərbaycanda yaşayıram. Mənim üçün bu 18 il çox vacib il olub. Çətinliklər, gözəl günlər, bayramlar, Azərbaycanda nə varsa, onu özümünkü kimi qəbul edirəm”.
 
Manana hər zaman formada qalmağından söz açıb:

"Pis vərdişlərim yoxdur. Məsələn, siqaret çəkmirəm, spirtli içki içmirəm. Gecə həyatım yoxdur. Yağlı və duzlu yeməkləri sevmirəm. Baxmayaraq ki, gürcü mətbəxi bir az acılıdır. Ancaq mən səsimə görə bu cür yeməklərdən imtina etmişəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR