Azərbaycanda daha bir kənd qazlaşdırılıb

Azərbaycanda daha bir kənd qazlaşdırılıb
12:57 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Göyçay rayonunun Şəkər kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 307 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 026 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 786 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 307 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Göyçay rayonunun daha 3 kəndində (Çaxırlı, Ləkçılpak və Çərəkə kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-daha-bir-kend-qazlasdirilib35678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR