Milli Məclisin deputatı federasiya prezidenti seçilib

Milli Məclisin deputatı federasiya prezidenti seçilib
13:12 23 Dekabr 2016
136 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində Uşaq-Gənclər Futbol Federasiyasına (UGFF) yeni prezident seçkisi keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib. 
Uşaq futbolunun inkişafının önəmindən danışan A.Rəhimov bildirib ki, ölkədə yeniyetmələr, gənclər arasında bu idman növünə daim yüksək maraq var. Bu səbəbdən, uşaq futbolunun inkişafı önəmli rol oynayır. 
Daha sonra səsvermə nəticəsində millət vəkili Rauf Əliyev UGFF prezidenti secilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/milli-meclisin-deputati-federasiya-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR