Ekspert: "Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir"

Ekspert: "Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir"
13:12 23 Dekabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla əməkdaşlıq İsrail xarici siyasətinin əsas məqsədlərindəndir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər İsrailin "Mitvim" regional xarici siyasət İnstitutunun idarə heyətinin üzvü, Yerusəlimdə Yəhudi Universitetinin İslam və Yaxın Şərq tədqiqatları kafedrasının müəllimi, professor Eli Podexin ynetnews.com saytında dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın İranla yaxşı münasibətləri, İsrail üçün yanacaq istehlakı probleminin həlli, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq və həcmi milyardlarla dollar təşkil edən sazişlər Azərbaycanla İsrail arasında münasibətləri möhkəmləndirən əsas nöqtələrdir.

Müəllifin fikrincə, gözləmək olar ki, ABŞ-dakı yəhudi lobbisi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana Qərbdə özlərini qurban kimi qələmə verən ermənilərə qarşı mübarizə aparmağa yardım edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR