“Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

“Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi
13:17 23 Dekabr 2016
130 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” ilə cavab oyunundan sonra “Kəpəz” istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.

 

Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. “Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. “Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.

 

Toplanış müddətində Nizami yurdunun təmsilçisi ayın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.

 

Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpzin-q-hazrlq-plan-muyynldi-t55112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR