Afrikalı uşaqlardan türk aktrisaya çağırış

Afrikalı uşaqlardan türk aktrisaya çağırış
13:17 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Qamze Özçelik onun üçün dua edən afrikalı uşaqların fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa hisslərini bu sözlərlə ifadə edib:

"Oğlumdan sonra həyatımın ən böyük hədiyyəsini aldım. Sudanın Darfur şəhərində hər cür kasıblıqla, vətəndaş müharibəsi ilə yaşayan yetim körpələrin adımı çağıraraq, əllərini açaraq göy üzünə "Amin" dedikləri video və fotolar göndərilib... Ümid edirəm, əlimizdən gəldiyi qədər gözəl şeylər etməyə çalışacağıq".

Qeyd edək ki, sosial layihələrdə aktiv iştirak edən aktrisa keçən ay Qanada yardıma ehtiyacı olan uşaqları ziyarət edərək onlara hədiyyələr paylamışdı. Onun bu xeyrxahlığını görən digər Afrika ölkəsi Sudanda yaşayan insanlar Özçeliyi ölkələrinə dəvət ediblər. Eləcə də aktrisa Qanadan müxtəlif təşəkkür məktubları alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR