x
Loading...
.

"Hamı hakimlikdən narazılıq edir, əlac tapılmalıdır"

"Hamı hakimlikdən narazılıq edir, əlac tapılmalıdır"
13:17 23 Dekabr 2016
146 İdman
Ölkə mətbuatı
A- A+
.

“Bugünkü islasda əsas məsələ seçki idi. Bundan başqa, klublar hakimliklə bağlı narazılıqlarını bildirdi. Daha sonra seçkiyə keçdik. 5 klub komitə sədrliyinə namizəd olmaqdan imtina etdi. Daha sonra seçki oldu. 7 səs toplayan Kamran Quliyev sədr seçildi. Mən yenidən namizəd olmağı istəmədim. Düşünürəm ki, 1 il bəsdir".


Bu sözləri AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov AFFA-nın Klublar Komitəsinin bugünkü iclasından sonra deyib.


Klublar Komitəsinin sabiq sədri F.Hüseynov bildirib ki, iclasda əsas müzakirə mövzusu hakimlik olub:


" Əvvəlcə "Qəbələ" və "Qarabağ" arasında keçirilən matçdan danışdıq. Hakimlikdə problemlərin olduğu açıq-aşkardır. "Qəbələ" ilə kubokun cavab oyununda Fariz Yusifov gözünün önündə olan penaltini vermədi.

 

"Qarabağ"dan başqa hamı hakimlikdən narazıdır. Bəlkə, onlar da nədənsə narazıdırlar, amma danışmırlar. İclıasda 1 saat ərzində ancaq hakimlikdən danışdıq. Bu işə əlac tapmaq lazımdır. Bu cür davam edə bilməz. Hakimlərin bu hərəkətinin adı ancaq qərəzdir. Çünkü hamı hakimlikdən narazılıq edir. Fariz Yusifov 14 gündə 3 kubok oyununu idarə etdi. Dünyada bunun analoqu yoxdur. Hakimlərin səhvləri sponsorları futboldan soyudur. Ona görə də bu gün ciddi maliyyə problemləri yaşanır”.


Qeyd edək ki, AFFA-nın Klublar Komitəsinin bugünkü iclasında komitənin yeni sədri seçilib. Bu vəzifəyə "Sumqayıt”ın prezidenti Kamran Quliyev təyin edilib.(Qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotham-hakimlikdn-narazlq-edir-lac-taplmaldrquot-t55110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR