Şahin Mustafayev Almaniya səfirliyində xatirə kitabında başsağlığını qeyd edib

Şahin Mustafayev Almaniya səfirliyində xatirə kitabında başsağlığını qeyd edib
13:27 23 Dekabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın Bakıdakı səfirliyində Berlinin Milad yarmarkasında baş vermiş terror hadisələri ilə əlaqədar xatirə kitabı açılıb.
Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hökuməti və Prezidenti adından bu gün İqtisadiyyat naziri Şahin Mustafayev kitabda başsağlığını qeyd edib.
"Azərbaycan xalqına, Azərbaycan hökumətinə və diplomatik korpusun nümayəndələrinə çoxsaylı başsağlığı diləkləri və həmrəylik göstərdikləri üçün təşəkkürümüzü bildiririk", - səfirliyin məlumatında deyilir.
Xatırladaq ki, çərşənbə axşamına keçən gecə yük maşınının sürücüsünün nəqliyyat vasitəsini Almaniya paytaxtındakı Milad yarmarkasına gələnlərin üstünə sürməsi nəticəsində 12 nəfər ölüb, 50-yə yaxın adam xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sahin-mustafayev-almaniya-sefirliyinde-xaire-kitabinda-bassagligini-qeyd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR