Sumqayıt sakininə qarşı 50 min manatlıq dələdzuluq edilib

Sumqayıt sakininə qarşı 50 min manatlıq dələdzuluq edilib
13:32 23 Dekabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Sumqayıt sakininə qarşı 50 000 manatlıq dələdzuluq edilib.
"Reportun"un xəbərinə görə, bu barədə Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Məmmədli Natiq Bəyəndik oğlu Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.
N.Məmmədli qeyd edib ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Sevinc İbrahimova 2013-cü ildə onun 50 000 manat pulunu alıb, lakin indiyədək geri qaytarmayıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayit-sakinine-qarsi-50-min-manatliq-deledzuluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR