Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınırlar

Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınırlar
13:42 23 Dekabr 2016
151 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.

Bir çox fərarinin isə ölkədən qaçmaq üçün Şimali Kipr və Gürcüstana üz tutduğu deyilir. Belə ki, Türkiyədən qaçanların bir hissəsinin Şimali Kiprdən yunan torpaqlarına, bir qisminin isə Gürcüstandan Ermənistana keçdiyi müəyyənləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR