Stiven Siqalla ortaq olan azərbaycanlı milyarder kimdir? - FOTO

Stiven Siqalla ortaq olan azərbaycanlı milyarder kimdir? - FOTO
13:47 23 Dekabr 2016
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, Rusiya vətəndaşlığı almış və Moskvaya köç etmiş amerikalı aktyor Stiven Siqal azərbaycanlı milyarder Akif Gilalovla birgə şirkət təsis edib. Rusiyanın 85 regionunda ənənəvi "rus stilində" ticarət yarmarkaları təşkil edəcək "Russkie yarmarki" şirkətinin səhmlərinin 20 faizi Stiven Siqala, 80 faizi Akif Gilalova məxsus olacaq. Şirkətə qoyulan ümumi investisiyanın həcmi 2.5 milyon dollardır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Akif Gilalov dağ yəhudiləri Ümumdünya Konqresinin rəhbəridir, Azərbaycanın məşhur "Qırmızı qəsəbə"sindəndir. "ZAR" şirkətlər qrupunun prezidenti olan Gilalovun biznesin müxtəlif sahələrində fəaliyyət göstərən 9 müəssisəsi var. Habelə o, Rusiyanın bir sıra dövlət şirkətlərinin səhmdarıdır.

Akif Gilalovun atası Tahir Gilalov sadə adam olmayıb, Azərbaycan SSR-in Xalq Nəzarəti Komitəsində, SSRİ Dövlət Plan Komitəsində ("Qosplan") işləyib, Sov.İKP-nin XXVI qurultayında namizəd olub. SSRİ dağılandan sonra Tahir Gilalov Moskvadakı məşhur Çerkizovsk bazarının yaradılmasında iştirak edib. Sonradan Telman İsmayılovun nəzarətinə keçən bu bazar 2009-cu ildə bağlanıb və sökülüb.

Tahir Gilalov 90-cı illərin əvvəllərində Moskvada dağ yəhudiləri icmasını yaradanlardan və maliyyələşdirənlərdən biridir. O, 1998-ci ildə öldürülüb. Qatilləri hələ də tapılmayıb.

Akifin böyük qardaşı Zaur Gilalov da məşhur biznesmen və xeyriyyəçi olub, Ümumdünya dağ yəhudiləri konqresinin əsasını qoyub, konqresin ilk prezidenti seçilib. 2004-cü il martın 5-də öldürülüb. Bu cinayətin də üstü hələ açılmayıb.

Bu ilin payızında Akif Gilalov Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə "Ədalətli Rusiya" partiyasından namizəd olub. Lakin Dumaya keçə bilməyib. Onun həmin partiyanın sədri Sergey Mironovla şəxsi münasibətləri var.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR