Küçələrdə qızı üçün qələm satan suriyalı atanın indiki halına inanmayacaqsınız - FOTO

Küçələrdə qızı üçün qələm satan suriyalı atanın indiki halına inanmayacaqsınız - FOTO
14:12 23 Dekabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Abdul Halim al-Attar və qızı üçün internetdə bir yardım kampaniyası başlatdı və tam 191 min dollar toplandı. Simonarson bu fotoşəkli gördükdən sonra @buy_pens (diyircəkli qələm satın al) adıyla bir Twitter hesabı açdı. Sonra Indiegogo'da bir kampaniya başlatdı.

Milli.Az sfera.az-a istinadən bildirir ki, 33 yaşındakı Abdul Halim gələn bu bağışla iki ay əvvəl bir təndir açdı. İşlər yaxşı getdi.

Sobanın yanına bir də kabab dükanı əlavə edildi. Abdul Halimin şansı açılmışdı artıq.

Bir də kiçik restoran açdı. Hal-hazırda 16 suriyalı immiqrantı işlə təmin edib. 

Abdul Halim Al-Attar bu yaşadıqlarını belə izah edir: "Yalnız mənim həyatım dəyişmədi, uşaqlarımın və yanımda işə başlayan suriyalıların həyatı dəyişdi.

Al Attar bundan əlavə Suriyada qalan qohumları və yoldaşlarına 25 min dollar göndərdi. Bir fotoşəkillə dəyişən həyatının ardınca özü və ailəsi üçün yarımtikili bir binada yaşarkən, indi 4 yaşındakı qızı Reem təhlükəsiz yata bilir. 9 yaşındakı oğlu Abdullelah da məktəbə gedir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR