Yaqub Məmmədov: “İranın ermənipərəst siyasət aparmaqda maraqları var”

Yaqub Məmmədov: “İranın ermənipərəst siyasət aparmaqda maraqları var”
14:13 23 Dekabr 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin sabiq sədri Yaqub Məmmədov İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanmasına münasibət bildirib.

Y.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, İranın dövlət rəhbərlərinin işğalçı Ermənistana səfəri və yüksək əməkdaşlıq sənədlərinin imzalanması birinci hadisə deyil:

“İran ilə Ermənistan arasında bu cür münasibətlər tarixən mövcud olub. Tarixdən də məlumdur ki, farslarla ermənilər bir-biri ilə iqtisadi əlaqələr qurublar. İndi də həmin siyasət davam edir. İranın bu siyasəti aparmaqda öz maraqları var. Mən qətiyyən istəməzdim ki, müsəlman dövləti olan İran gedib işğalçı xristian ölkəsi ilə yaxın əməkdaşlıq qursun. Ancaq çox təəssüf ki, belə bir fakt mövcuddur. Farslar yenə də öz tarixi siyasətlərini davam etdirir”.

Y.Məmmədov qeyd edib ki, İran özünə dost dövlətləri müsəlman ölkələr olduğuna görə deyil, daha çox strateji maraqlarına görə seçir:

“Ümumiyyətlə, təkcə İran deyil, ATƏT-in Minski qrupunun həmsədr ölkələri də deyir ki, müharibə olmasın, münaqişə sülh yolu ilə həll edilsin və sairə. Biz də istəyirik ki, münaqişə sülh yolu ilə həll edilsin. Ancaq Ermənistan sülh yoluna razı deyil. Ermənistan istəyir ki, işğal etdiyi torpaqları onlara bağışlayaq. Baxmayaraq ki, aprel döyüşləri zamanı ermənilər qorxuya düşmüşdülər, ancaq indi yenə də baş qaldırmağa başlayıblar. Görünür, Ermənistana dəstək verən dövlətlər var”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/181029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR