Qayınatasının evində kütləvi qətl törətdi - İranda

Qayınatasının evində kütləvi qətl törətdi - İranda
14:14 23 Dekabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

 

Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.

 

Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub.

 

Polis hadisə barədə araşdırma aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR