AFFA-nın vitse-prezidenti federasiya prezidenti oldu

AFFA-nın vitse-prezidenti federasiya prezidenti oldu
14:17 23 Dekabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq və Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib. 


Fanat.Az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib.

 

Nazir Azad Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışıb. O qeyd edib ki, ölkədə yeniyetmələr və gənclər arasında bu idman növünə maraq hər zaman yüksək olub. Nazir bu səbəbdən uşaq futbolunun inkişafının önəmli rol oynadığını vurğulayıb.

 

Daha sonra səsvermə nəticəsində Rauf Əliyev Uşaq və Gənclər Futbol Federasiyasına prezident seçilib.



Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-nn-vitse-prezidenti-federasiya-prezidenti-oldu-t55114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR