Prezident İlham Əliyev: "Ancaq inkişaf etmiş güclü ölkələrdə idman da inkişaf edir"

Prezident İlham Əliyev: "Ancaq inkişaf etmiş güclü ölkələrdə idman da inkişaf edir"
14:22 23 Dekabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz bu il Rio-2016 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazandıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, bu oyunlarda 200-dən çox ölkə iştirak edirdi:

"Medalların sayına görə Azərbaycan ölkələr arasında 18-ci yerə layiq görüldü. Bu böyük tarixi qələbədir. Bu həm idmançılarımızın gücünü, eyni zamanda dövlətimizin gücünü göstərdi. Çünki ancaq inkişaf etmiş güclü ölkələrdə idman da inkişaf edir və yaxşı idman nəticələri vardır. Biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və Postsovet məkanında ikinci və müsəlman aləmində birinci yerdəyik. Bu parlaq qələbə münasibətilə idmançıları, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR