x
Loading...

Donald Trampın andiçmə mərasimində çıxış edəcək musiqi qruplarından ikisinin adı açıqlanıb

Donald Trampın andiçmə mərasimində çıxış edəcək musiqi qruplarından ikisinin adı açıqlanıb
14:37 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminin ziyafət hissəsində səhnəyə çıxacaq musiqi qruplarından ikisinin adı açıqlanıb.
"Report" BBC-ə istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq mərasimdə "The Mormon Tabernacle Choir" xor qrupu və "The Radio City Rockettes" rəqs qrupu çıxış edəcək. 
Qeyd edək ki, Elton Con və Selin Dion ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində səhnəyə çıxmaqdan imtina ediblər. D.Tramp isə bir müddət əvvəl bildirib ki, dünyanın bir çox məşhur simaları mərasimə qatılmaq üçün bilet istəyiblər. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/donald-trampin-andicme-merasiminde-cixis-edecek-musiqi-qruplarindan-ikisinin-adi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR