Kürəkən qayınatasının evində qətliam törətdi: 10 ölü, 4 yaralı

Kürəkən qayınatasının evində qətliam törətdi: 10 ölü, 4 yaralı
14:38 23 Dekabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

Hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.

Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub.

Polis hadisə barədə araşdırma aparır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR