Putin: "Heç kim Trampın qalib gələcəyinə inanmırdı"

Putin: "Heç kim Trampın qalib gələcəyinə inanmırdı"
14:42 23 Dekabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat-konfransı keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, budəfəki konfransda rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Böyük mətbuat konfransı bu dəfə ənənəvi olaraq dördüncü gün keçirilməyib. Belə ki, Rusiyanın Türkiyədəki səfirinin dəfninə qatılan prezident konfransı təxirə salmışdı.

***

Putin Rusiyada növbədənkənar prezident seçkilərini keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb: "Mümkündür, lakin məqsədəuyğun deyil". 

Dövlət başçısı ABŞ Donald Trampın prezident seçilməsini şərh edib: "Tramp cəmiyyətin əhval-ruhiyyəsini hiss etdi və seçki kampaniyasında sona kimi getdi. Lakin bizdən başqa heç kim onun qalib gələcəyinə inanmırdı".

"Rusiya Türkiyədə öldürülən RF səfiri Andrey Karlovun qətlinin araşdırılması zamanı bütün halların aydınlaşdırılmasına nəzarət edəcək". Bu sözləri prezident Vladimir Putin mətbuat konfransında deyib. O, səfirin qətlindən danışan zaman bildirib ki, hansısa rəsmi mövqe tutan şəxslər, o cümlədən, hüquq-mühafizə orqanlarında çalışan kimsə ağır cinayətlər törədə bilər və bunda təəccüblü heç nə yoxdur :

"Həm ölkəmizdə, həm də xaricdə bu cür hadisələr baş verir. Götürək elə bu dəhşətli faciəni -Türkiyədəki səfirimizin qətlini. Onu kim öldürüb? Biz bütün halların aşkarlanması və ifşa edilməsi üçün ciddi şəkildə işləməyə davam edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR