x
Loading...

"Məni yola salmağa da gəlmədilər" - FOTO

"Məni yola salmağa da gəlmədilər" - FOTO
14:47 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

"O insan orada qaldı və silindi"

ARB TV-də yayımlanan "Ferma" realiti-şousunu tərk edən Mələk Babayeva maraqlı açıqlamalar verib.

Yarım ildən çoxdur ki, şouda iştirakçı olan Mələk Babayeva 4123 AZN qazanaraq ferma həyatıyla vidalaşıb.  İştirakçılarla yola gedə bilməsə də, kifayət qədər tamaşaçı rəğbəti qazanan Mələk izləyiciləri düşündürən sualları cavablandırıb.

- Mələk, bir iştirakçı üçün "Ferma"da yarım ildən çox yaşamaq heç də az müddət deyil. Amma nədənsə "Ferma"nı tərk edərkən iştirakçı yoldaşlarınızın bəziləri sizi yola salmağa gəlmədilər. Səbəbkar kim idi?

- Yarım ildən çox "Ferma"da yaşadım. Bəli, bu mənim üçün uğurdur. Əsas - nəticə gözəl olsun və mən bu uğurlu nəticəyə nail oldum. Doğrudur, "Ferma"nı tərk edərkən bəzi iştirakçılar məni yola salmağa gəlmədilər. Onlar Nərmin, Firəngiz, Murad Zeynallı və Fərid oldu. Bu məni əsla təsirləndirmir. Əsas odur ki, mənim dəyər verdiyim adamlar həmin an yanımda idilər. Bu mənə bəs edir.

- Şouda xaraktercə tez-tez fikirlərinizi dəyişirdiniz. Bu, iştirakçılara qarşı münasibətinizdə özünü qabarıq şəkildə göstərirdi. Həqiqətən belə bir insansınız, yoxsa bu bir oyun taktikası idi?

- Xaraktercə dəyişkən bir insanam, bu, doğrudur. Lakin "Ferma"da xarakterimə görə bu qədər çox qəbul olunmamağım, birmənalı qarşılanmamağım mənim mövqeyim idi. Kiminsə yanından uzaqlaşdığım zaman hərə bir söz atırdı arxamca - "Mələk onsuz da tez dəyişəndir". Amma kimdənsə uzaqlaşmağımın, ya da ona qarşı dəyişməyimin səbəbi elə o insanların özü olub, mən yox.

- Geniş tamaşaçı auditoriyanız var idi. Amma iştirakçılar sizi qeyri-səmimilikdə günahlandırırdılar. Mələk barədə kim nəyi həzm edə bilmirdi?

- Əsas olan odur ki, məni tanıyan tanıyır, sevən sevir, kiməsə özümü məcburi bəyəndirə bilmərəm. Qaldı iştirakçı yoldaşlarımın fikrinə, bu artıq elə də önəmli deyil. Çünki onlar öz gördüklərini deyil, görmək istədiklərini deyiblər. Yəni, özlərinə sərf edən tərəfi.

- Sizi "Ferma"da xoşbəxt və bədbəxt edən səbəblər çox olub...

- Bu nə qədər qeyri-səmimi səslənsə də, mənim üçün fermada yaxın insanlarımın üzünü güldürmək, buna səbəb olmaq məni xoşbəxt edirdi. Ən üzücü günüm doğum günüm idi. Həyatımda ən pis ad günü kimi iz qoydu.

- İştirakçı Səma Cəlalova ilə bir zamanlar olduqca yaxın rəfiqə idiz. Sonra ona xəyanət etdiz. Barışmağa cəhd etsəniz də uğursuz oldu. "Ferma"nı tərk edəndən sonra Səma ilə görüşmüsünüz?

- Səma adlı insan "Ferma"da qaldı və orada silindi. Onunla real münasibət olmayacaq.

- "Ferma" layihəsi sizə 4123 AZN pul qazandırdı. Haraya xərcləmək barədə düşünürsünüz?

- Bəli, qazandığım məbləğ ürəkaçan oldu. Atamın yanına gülər üzlə qayıtdım. Buna, təbii ki, sadəcə sevinmək olar. Pulun böyük qismini atama verəcəyəm. Qalan hissəsini də təhsil almaq üçün istifadə edəcəyəm. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR