Millimizin enişli-yoxuşlu ili - QRAFİK

Millimizin enişli-yoxuşlu ili - QRAFİK
14:57 23 Dekabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi başa çatmaqda olan 2016-cı ildə 51 pillə arasında var-gəl edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, FİFA reytinqində 2015-ci ili 117-ci kimi başa vuran komandamız bu ilin ilk ayında 116-cı pillədə qərarlaşıb.

Mövqeyi qeyri-sabit olan Robert Prosineçkinin yetirmələri 12 ay ərzində bir neçə dəfə irəliləməyə də, geriləməyə də vaxt tapıblar. Komandamız ən pis halda 138-ci yerədək yuvarlanıb. Bu, iyun ayında qeydə alınıb.
 
2016-cı ilin ən yaxşı nəticəsi isə oktyabrda yaşanıb. 4 ayda 50 pilləlik sıçrayış edən yığma həmin vaxt 88-ci yerdə olub.
 
12 ayın yalnız üçündə "100-lük"də qərarlaşan millimiz 9-cu "onluq"da yer alıb. Digər 9 ayda cədvəlin ikinci yarısında məskunlaşan yığma bunların üçündə 12-ci, altısında 14-cü "onluq"da olub.
 

Yığmamız 2016-cı ildə FİFA reytinqində

Yanvar

2016

116

Fevral

2016

116

Mart

2016

112

Aprel

2016

134

May

2016

133

İyun

2016

138

Iyul

2016

137

Avqust

2016

136

Sentyabr

2016

133

Oktyabr

2016

88

Noyabr

2016

90

Dekabr

2016

90

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR