İlham Əliyev: "Rio Olimpiadasında əldə edilmiş qələbə çirkin şayiələrə növbəti tutarlı zərbədir"

İlham Əliyev: "Rio Olimpiadasında əldə edilmiş qələbə çirkin şayiələrə növbəti tutarlı zərbədir"
14:57 23 Dekabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə çirkin şayiələrə növbəti bir tutarlı zərbədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi:

"Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir".

İlham Əliyev əlavə edib ki, Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir:

"Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.

Bax, idman nəticələrimiz bundan ibarətdir. Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyükmiqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik. Onu da bir daha xatırlatmaq istəyirəm ki, Avropa Oyunlarının hazırlanması üçün bizim cəmi iki il vaxtımız var idi. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR