Bakı. 23 dekabr. REPORT.AZ/ "Türkiyə və İran prezidentləri Hələbin azad olunmasında mühüm rol oynayıblar".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Rusiya prezidenti həmçinin Hələbdəki təxliyə prosesini müasir dünyanın ən böyük humanitar aksiyası adlandırıb.