Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb

Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb
15:22 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan bu ilin noyabr ayında qızıl ehtiyatının 2,97 tonunu yaxud 11,89%-ni satıb. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda deyilir.
Hesabata görə, dekabrın 1-nə Azərbaycanın qızıl ehtiyatları 22,015 tona düşüb. IMF-in açıqlamasında deyilir ki, oktyabrda isə Azərbaycan 4,2 ton qızıl satıb (14,39%) satıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatları 30,170 ton olub. Həmin tarixə IMF-in göstəriciləri isə 29,182 ton qızılın olduğunu göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iki-aya-qizl-ehtiyatinin-1-4-ni-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR