x
Loading...
.

Azərbaycana saxta spirtli içkilərin idxalı ilə bağlı iddialar əsassızdır - DGK

Azərbaycana saxta spirtli içkilərin idxalı ilə bağlı iddialar əsassızdır - DGK
15:39 23 Dekabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+
.

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar yer alır.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər  məhsulun keyfiyyətinə dair şübhə yaranarsa Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

 

Onu da qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-cı il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR