x
Loading...

Dünyanın axtardığı terrorçu güllələndikdən sonra - FOTO

Dünyanın axtardığı terrorçu güllələndikdən sonra - FOTO
16:22 23 Dekabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

Berlində ənənəvi Yeni il yarmarkasına qaçırdığı TIR-la hücum edib adamları tapdalayan və 12 nəfəri öldürən terrorçunun İtaliyanın Milan şəhərində öldürüldüyü haqda məlumat verdik.

Milli.Az ANSA-ya istinadən xəbər verir ki, terrorçu Anis Amri gecə saat 03.00 radələrində Milan yaxınlığında ondan şəxsiyyətini tələb edən polislə dalaşıb. Şəhərətrafında bir qatar stansiyasında baş verən qarşıdurmada bir polis yaralanıb.

Reuters xəbər agentliyinə danışan polislərin məlumatına görə, təcavüzkarın şəxsiyyəti barmaq iziylə təyin olunub.

Xatırladaq ki, Anis Amri Polşa yükdaşıma şirkətinə məxsus TIR-ı sürücüsü ilə birlikdə qaçırıb və Berlində Yeni il yarmarkasında dəhşətli terror törədib. TIR-ın sürücüsü ona müqavimət göstərmək istərkən terrorçu tərəfindən öldürülüb.

Təhməz Təkin
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR