"Deutsche Bank" 7,2 mlrd. dollar cərimə ödəyəcək

"Deutsche Bank" 7,2 mlrd. dollar cərimə ödəyəcək
16:22 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın "Deutsche Bank"ı ABŞ-ın Ədliyyə Nazirliyinə 7,2 mlrd. dollar məbləğində cəriməni ödəməyə hazır olduğunu bildirib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məbləğ "Deutsche Bank"a qarşı sentyabrda Nazirlik tərəfindən tələb olunan cərimədən 2 dəfə azdır.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi sentyabr ayında 2008-ci ildə baş verən maliyyə böhranı zamanı "Deutsche Bank"ı ipoteka dəstəkli qiymətli kağızların satışı zamanı saxtakarlıqda ittiham edərək, 14 mlrd. dollar miqdarında cərimə iddiası qaldırıb.
"Reuters" bildirir ki, "Deutsche Bank"ın cərimə ödəməsindən sonra ABŞ Ədliyyə Nazirliyi digər Avropa banklarından da cərimə ödəməsini tələb edə bilər. Qeyd edək ki. ABŞ avropalı bankları 2008-2009-cu il maliyyə böhranında ABŞ-dakı hüquqi və fiziki şəxslərin maliyyə itkiləri ilə üzləşməsində ittiham edir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Bankı (Mərkəzi Bank) "Deutsche Bank"ın menecerinin ölkənin maliyyə bazarında manipulyasiya etməsi faktını aşkarlayıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management İnternational GmbH."-nin idarəetməsinə verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deutsche-bank-7-2-mlrd-dollar-cerime-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR