Müdafiə naziri düşmən mövqelərini gözdən keçirdi - FOTO

Müdafiə naziri düşmən mövqelərini gözdən keçirdi - FOTO
16:42 23 Dekabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şəxsi heyətlə görüşən Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib. 
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR