Aktyor İdris Rüstəmov beynəlxalq mükafata layiq görülüb

Aktyor İdris Rüstəmov beynəlxalq mükafata layiq görülüb
16:52 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı 23 dekabr. REPORT.AZ/ Aktyor İdris Rüstəmov “Sonuncu” filmindəki roluna görə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivalda 25 ölkədən 61 film iştirak edib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.
Qeyd edək ki, Azərbaycan, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz “Sonuncu” filmi ilə təmsil olunub.
Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.
Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/i-dris-rustemov-beynelxalq-mukafata-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR