x
Loading...
.

Gülər Əhmədova təzə işə başladı

Gülər Əhmədova təzə işə başladı
16:53 23 Dekabr 2016
526 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Sabiq deputat Gülər Əhmədova Psixoterapiya mərkəzində psixoloq kimi fəaliyyət göstərəcək.

Bu barədə Modern.az-a açıqlama verən Gülər Əhmədova yeni işindən də danışıb.

“Psixologiya elmləri namizədiyəm. Universitetdə də dərs demişəm. Yeni iş yerimdə tətbiqi psixologiya ilə məşğul olacam. Eyni zamanda, elmi araşdırmalarımız var ki, onu da burada davam etdirəcəyik. Bu günün ən aktual mövzularından olan intiharlarla bağlı araşdırmalarımız var. O sahədə müəyyən proyektlər həyata keçirməyi düşünürük. İntiharların önləmis profilaktikası ilə bağlı müəyyən fikirlərimiz var. Qismət olsa, psixoloji mərkəzdə onları həyata keçirəcəyik. Eyni zamanda da, tətbiqi psixoloq kimi həm ailə, həm şəxs, həm də konfliktologiya kimi məsələlərlə bağlı işlərimiz olacaq”.

Gülər Əhmədova Psixoterapiya mərkəzinə psixoloq Dəyanət Rzayev tərəfindən dəvət edildiyini deyib.

“Psixoterapiya mərkəzində çalışmağa məni Dəyanət Rzayev dəvət edib. Dəyanət Rzayevlə həmkar kimi çox yaxşı münasibətlərimiz olub. Dəyanət Rzayev hörmət etdiyim və işini qiymətləndiriyim psixoloqdur. Yaxşı və çətin günün dostudur. Psixologiya mərkəzinə məni dəvət edərkən onunla çalışmağa üstünlük verdim”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/181049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR