Bred Pitt ata olacaq - Colini ona dəyişdi

Bred Pitt ata olacaq - Colini ona dəyişdi
17:06 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Bred Pitin adı daha bir qalmaqallı xəbərdə hallanır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ancelina Coli ilə boşanma ərəfəsində olan Bredin adı Marqo Robbi və Marion Kotiyyar ilə yanaşı çəkildikdən sonra yeni iddia yayılıb.

Belə ki, onun aktrisa Keyt Hadsonla münasibət qurduğu və hətta Keytin Breddən hamilə olduğu deyilir. İddialara görə, artıq bir neçə aydır birgə olan cütlük bunu gizlətməyə çalışır. Bugünlərdə paparassilər Keyti yoqa edərkən görüntüləyiblər. Həmin görüntülərə əsasən aktrisanın qarnına həssaslıqla yanaşdığı və yoqanı da doğulacaq körpə üçün etdiyi deyilib.

Digər məlumata görə isə A.Coli artıq keçmiş ərinin Hadsonla münasibətini və onun hamilə olduğunu bilir.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR