Azərbaycana qarşı kəşfiyyat aparmaqda şübhəli bilinən dəstə aşkarlandı

Azərbaycana qarşı kəşfiyyat aparmaqda şübhəli bilinən dəstə aşkarlandı
17:09 23 Dekabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib. Hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması mərhum prezident Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olunub.  

Qeyd olunub ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1  əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.

 

Həmçinin xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.

 

Habelə sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.

 

Hesabat dövründə 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, buda 2015-ci il ilə müqayisədə 8,3 dəfə çoxdur.

 

2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olub).


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR