"Bu, dövlət başçısının bayramda əhaliyə xoş müjdəsidir"

"Bu, dövlət başçısının bayramda əhaliyə xoş müjdəsidir"
17:12 23 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarif Şurasının təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması barədə qərarı Prezident İlham Əliyevin əhaliyə göstərdiyi növbəti qayğısıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Millət vəkili deyib ki, bu addımın atılması onu göstərir ki, cənab Prezident daim xalqının yanındadır, vətəndaşların, aztəminatlı ailələrin sosial müdafiəsini, onların sosial şəraitinin yaxşılaşdırılmasını daxili siyasətində prioritet istiqamət kimi görür:

"Hesab edirəm ki, bu çox vaxtında atılmış bir addımdır və əhali tərəfindən də minnətdarlıqla qarşılanır. Bu qərar, həmçinin cənab Prezidentin qarşıdan gələn bayramlarla əlaqədar əhaliyə xoş müjdəsidir".

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR